
Epoksid injeksiya sistemi ilə çatları effektiv şəkildə bərpa edərək, struktur gücünü və dayanıklılığı artırın.
Epoksid injeksiya sistemi, beton və digər strukturlardakı çatları doldurmaq və möhkəmləndirmək üçün istifadə olunan yüksək effektiv bir texnologiyadır. Bu sistem, epoksid qatranının çatlara yeridilməsi ilə onları gücləndirir, su sızmasının və digər zədələnmələrin qarşısını alır. Epoksid injeksiya, strukturun ömrünü uzadır və zədələnmiş hissələri ilk günkü vəziyyətinə qaytarır, eyni zamanda çatların genişlənməsinin qarşısını alaraq, uzunmüddətli qoruma təmin edir.

Poliuretan injeksiya sistemi ilə su sızıntılarını effektiv şəkildə aradan qaldıraraq, betonun ömrünü uzadın və struktur gücünü qoruyun.
Poliuretan injeksiya sistemi, müasir tikinti sahəsində su və nəm sızıntılarını effektiv şəkildə aradan qaldırmaq üçün istifadə olunan qabaqcıl texnologiyalardan biridir. Bu sistem nəmli səthlərə mükəmməl yapışma qabiliyyəti ilə seçilir və qısa zamanda nəticə verir. Poliuretan, nəm mühitdə sürətlə reaksiyaya girərək, çatları doldurur və 20-25 qat böyüyərək betonun su ilə təmasını minimuma endirir. Bu proses betonun içindəki dəmir elementləri korroziyadan qoruyur və onun uzunömürlülüyünü təmin edir. Poliuretan injeksiya, tunellərdən və yeraltı keçidlərdən tutmuş beton su anbarlarına qədər geniş tətbiq sahələrinə malikdir və su sızıntılarının qarşısını almaqda effektiv bir həll təklif edir.

Karbon polimer liflə betonun gücləndirilməsi, köhnəlmiş və zədələnmiş beton strukturların ömrünü uzadaraq onların dayanıqlılığını artırmaq üçün ideal bir həll təklif edir.
Karbon polimer liflə betonun gücləndirilməsi, beton strukturların bərpası və möhkəmləndirilməsi üçün ən qabaqcıl texnologiyalardan biridir. Bu metod, karbon liflərinin beton səthinə tətbiqi ilə onun yük götürmə qabiliyyətini artırır və xarici təsirlərdən qoruyur. Karbon polimer liflər, paslanma və korroziya riskini aradan qaldırır, kimyəvi maddələrə qarşı dayanıqlıdır və tikinti prosesində fasilə yaratmadan tətbiq edilə bilər. İstənilən növ səthə asanlıqla tətbiq oluna bilən bu gücləndirici sistem, betona əlavə möhkəmlik və elastiklik verir, eyni zamanda betondakı aşınma və yorğunluğu minimuma endirir. Test nəticələri göstərir ki, karbon polimer liflərin istifadəsi betonun dayanıqlılığını əhəmiyyətli dərəcədə artırır, onu uzun müddətə qoruyur və strukturun bütövlüyünü təmin edir.